AZ

Etirazlara səbəb olan QANUN dəyişdirilə bilər

Gürcüstanın Baş naziri İrakli Kobaxidze hakimiyyətin beynəlxalq tərəfdaşların köməyi ilə xarici agentlər haqqında qanun layihəsinə dəyişiklik edə biləcəyini istisna etməyib.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərinə görə, qanunun müddəaları ilə bağlı müzakirələrə hazırlıq var. Əgər prezident konkret qanun layihəsinə veto qoysa, o da öz əsaslandırılan şərhlərini parlamentə göndərməli olacaq.

Qeyd edək ki, mayın 1-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda dəstəkləyib. Prezident Salome Zurabişvili, müxalifət və Qərb diplomatları qanunun əleyhinə çıxış edərək, onu guya ölkənin Avropa İttifaqına inteqrasiyasına maneə hesab ediblər.

Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının liderləri isə bildiriblər ki, qanun, yalnız qeyri-hökumət sektorunun və medianın xaricdən maliyyələşməsinin şəffaflığına xidmət edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
227
3
nocomment.az

10Mənbələr