AZ

Xətai rayonunda Heydər Əliyevə həsr edilmiş konsert keçirilib - FOTOLAR (VİDEO)

Mayın 10-da Xətai rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konsert keçirilib.

"Unikal" xəbər verir ki, konsert Ulu Öndərin adını daşıyan parkın Amfiteatr səhnəsində Heydər Əliyev adına Hərbi İnstitutun orkestri və tanınmış incəsənət ustalarının iştirakı ilə təşkil olunub.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanov, hüquq mühafizə orqanlarının rəhbərləri, Milli Müdafiə Universitetinin kursantları, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər və digərləri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konsert proqramı tanınmış mədəniyyət və incəsənət xadimlərinin Ulu Öndər Heydər Əliyevə həsr olunmuş ifaları ilə davam etdirilib. Konsertdə tamaşaçılara Heydər Əliyev adına Hərbi İnstitutun beynəlxalq müsabiqələr laureatı olan Hərbi Orkestrinin tanınmış solistlərinin ifaları təqdim edilib, Ulu Öndərə, Vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirilib.

Sonda atəşfəşanlıq olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
250
50
unikal.az

10Mənbələr