AZ

ABŞ Dövlət Departamenti təcili üç "HIMARS"ın Ukraynaya satışını təsdiqləyib

Cümə günü, mayın 10-da Dövlət Departamenti üç HIMARS qurğusunun Ukraynaya təcili satışını təsdiqləyib. Bizimyol.info xəbər verir ki, "Associated Press"in verdiyi məlumata görə, sövdələşmə təxminən 30 milyon dollar dəyərində olacaq. Ukrayna Almaniya hökuməti tərəfindən maliyyələşdiriləcək üç raket kompleksi almağı xahiş edib. Dövlət katibi Antoni Blinken müəyyən edib ki, Ukraynaya lazımi silahların “dərhal satılmasını” tələb edən fövqəladə vəziyyət mövcuddur. Sistemlər Ordu ehtiyatlarından gələcək. Ukrayna mətbuatının verdiyi məlumatda bildirilir ki, dünən ABŞ rəsmi olaraq Ukraynaya 400 milyon dollar məbləğində daha bir hərbi yardım paketi ayırdığını təsdiqləyib. Buraya "Patriot", "Stinger", "Bradley" və "MRAP" hava hücumundan müdafiə sistemləri, eləcə də "Javelin" sistemləri və sair üçün raketlər daxildir. Ağ Ev yardım ayrılması barədə məlumatı təsdiqləyib. Daha əvvəl "Politico" məlumat vermişdi ki, Ukrayna üçün hazırlanan paketə artıq Amerika anbarlarında olan silahların göndərilməsi də daxil olacaq. Nəşrin yazdığına görə, söhbət “Patriot” hava hücumundan müdafiə sistemi üçün yeni raketlərdən, “Stringer” zenit-raket kompleksindən, “Bradley” döyüş maşınlarından, eləcə də digər silah və sursatlardan gedir. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
291
50
bizimyol.info

10Mənbələr