AZ

Sabirabadda avtomobil maneəyə çırpılıb, iki nəfər yaralanıb

Sabirabadda avtomobil maneəyə çırpılıb, iki nəfər yaralanıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Vidadi küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes-Benz” markalı avtomobil anidən idarəetmədən çıxaraq yolun kənarındakı maneəyə çırpılıb.

Qəza zamanı Sabirabad şəhər sakini, 1987-ci il təvəllüdlü Cəlal Əlipənah oğlu Ələkbərov və Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Xeyrulla Seyfulla oğlu Cəfərov müxtəlif dərəcəli xəsarətlər alıb.

Onlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
50
oxu.az

10Mənbələr