AZ

ABŞ Ukraynaya 400 milyon dollarlıq yeni hərbi yardım paketini elan edib - Yenilənib

ABŞ Prezidenti Co Bayden Kiyevə 400 milyon dollar məbləğində yeni hərbi yardım göndərilməsinə dair göstəriş verib...APA xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatında deyilir.“Amerika lideri Ukraynaya ümumi məbləği 400 milyon dollara qədər olan yardım üçün ölkənin Müdafiə Nazirliyinə müdafiə məhsulları və xidmətləri ayırmaq üçün ABŞ dövlət katibinə səlahiyyət verib”, - bəyanatda deyilir.***ABŞ Ukraynaya 400 milyon dollarlıq yeni hərbi yardım paketini elan edəcək.APA xəbər verir ki, bu barədə "Politico" Konqresə göndərilən bildirişə və iki ABŞ rəsmisinə istinad edərək məlumat yayıb.Nəşrin xəbərinə görə, artıq ABŞ ehtiyatlarında olan silahların ötürülməsini nəzərdə tutan paketə yeni “Patriot” raketləri, “Stinger” zenit raketləri, “Bradley” döyüş maşınları, MRAP-lar, “Javelin” zirehli sistemləri və digər döyüş sursatları daxildir.Qeyd edək ki, bu, Konqres aprelin sonunda Ukrayna üçün əlavə maliyyələşdirməni təsdiqlədikdən sonra Kiyevə üçüncü yardım tranşıdır.Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
295
50

10Mənbələr