AZ

Azərbaycan nefti cüzi bahalaşıb

Bakı. Trend:

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1barelinin qiyməti 0,02 ABŞ dolları, yaxud 0,02 % artaraq 85,23 ABŞdolları təşkil edib.

Bu barədə Trend-ə neftbazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyulfyuçerslərinin qiyməti 84,39 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin ortaqiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ciil aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ciilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neftəsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsihaqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə AzərbaycanDövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
279
24
Mənbələr
Şərh ()
Bağla

Reytinq