AZ

Qəzzada ölənlərin sayı 34 min 904-ə yüksəlib

Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 216 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, açıqlamada İsrail ordusunun son 24 saatda Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 4 qırğın törətdiyi, hücumlarda daha 60 fələstinlinin həyatını itirdiyi, 110 fələstinlinin isə yaralandığı bildirilib.

Açıqlamada İsrailin 7 oktyabrdan etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 34 min 904-ə, yaralıların sayının isə 78 min 514-ə yüksəldiyi qeyd olunub.

Açıqlamada dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
3
operativmm.az

10Mənbələr