AZ

Siyarto: “Ukrayna Rusiyaya qalib gəlməyəcək”

"Ukraynanın hətta NATO silahları ilə belə Rusiyanı məğlub edəcəyi bir ssenari mümkün deyil".

Bakıvaxtı.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

“NATO-nun yeni təklifi ondan ibarətdir ki, Ukrayna qalib gələnə qədər müharibəni davam etdirmək lazımdır. Həm Böyük Britaniya, həm də NATO müharibənin sonunu tamamilə qeyri-real olan hərbi nəticə ilə əlaqələndirirlər, onun həyata keçirilməsi ehtimalı son dərəcə kiçik, hətta qeyri-realdır. Ukrayna bu müharibədə qalib gələ bilməyəcək... Bu tip müharibələrdə nüvə dövlətini məğlub etmək demək olar ki, mümkün deyil”, - nazir vurğulayıb. 

Onun sözlərinə görə, bu münaqişənin döyüş meydanında həlli yoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
50
bakivaxti.az

10Mənbələr