AZ

Ölkədə turizm sahəsində qiymətlər əlverişlidirmi? - FOTO

Pərviz Heydərov yazır...

Ölkəyə gələn turistlərin sayı sürətlə artmaqdadır. Dünyada olduğu kimi, ölkəmizdə də bu sektor 2021-ci ildən etibarən bərpa olunmağa başlayıb. Ötən illər ərzində ölkəyə gələn turistlərin sayı artıb. Bu il isə, ümumiyyətlə çoxalıb. 

Təkcə, mart ayı ərzində ölkəyə gələnlərin sayı 2023-cü ilin eyni ayı ilə müqayisədə 26% artıb. Birinci rüb ərzində isə bu rəqəm 39% təşkil edib.

Ötən ilin sentyabrında yazdığım yazıda qeyd etmişdim ki, sektorda bərpa prosesi sürətlə gedir və tempi qoruyub saxlamaq tələb olunur.

Əlavə olaraq xatırlatmışdım ki, 2014-2015-ci illərdə neftin dünya bazar qiymətlərinin enişi nəticəsində ölkəmizdə xarici valyuta sarıdan yaranan gərginlik həm də məhz 2016-2018-ci illər ərzində xarici turist axınının genişlənməsi hesabına yumşaldı.

Xüsusən də Yaxın Şərq, yəni körfəz ölkələrindən gələnlərin hesabına...

Turizm qeyri-neft sektorunun ən çox gəlir gətirən sahəsi olduğundan ölkəmizdə onun inkişafı, genişlənməsi naminə vaxtilə çox investisiyalar yatırılıb, infrastruktur qurulub, bir sıra tədbirlər həyata keçirilib. 

Bu gün yüksək xidmət səviyyəsinə malik mehmanxanaların, kadr hazırlığı, çoxlu sayda turist firmalarının, informasiya və reklam strukturlarının varlığı buna sübutdur.

Onu da qeyd edək ki, bu sahədə çatışmazlıqlar da çoxdur.

Ölkədə turizm sektorunun inkişaf etdirilməsində ilk növbədə idarəetmədə, ikincisi qiymət siyasətində, üçüncüsü turizm baxımından istifadəsi məqsədəuyğun sayılan obyektlərin seçimində, dördüncüsü isə ümumən, turizm biznesi sahəsində dövlətimizin maddi maraqları, mənafeyi cəhətdən bir cıra məsələlər ciddi yanaşma və həll tələb edir.

Məsələn, qeyd olunur ki, bu ilin yanvar-may aylarında Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com-da bir gün gecələmək üçün orta qiymət göstəricisi üzrə səviyyə qonşu Gürcüstan, Ermənistan və Türkiyənin İstanbul şəhəri ilə müqayisədə aşağıdır.

Belə ki, Dövlət Turizm Agentliyinin hesabatına əsasən, hotellərdə orta qiymət yanvarda 87,5 manat, fevralda 102,6 manat, martda 133,3 manat, aprel ayında 131,67 manat təşkil edib ki, cari ilin may ayı üçün sözügedən göstərici 131,75 manata bərabər olub.

Amma qeyd olunan rəqəmlər 2023-cü ilin eyni dövrünə aid ayları ilə müqayisədə isə 7,3%, 29,3%, 43,3% və 37,7% artıq təşkil edib. May ayının göstəricisi isə hələ ki, açıqlanmayıb.

Yeri gəlmişkən, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, ölkəmizdə turizmin inkişafı qlobal tendensiyaya uyğundur. Lakin, məsələ bundadır ki, hər bir sahədə olduğu kimi, turizmin inkişafında da rəqabət əsas şərt sayılır. Məsələn, bu sahədə qonşu ölkələrdə vəziyyət diqqət mərkəzində saxlanılmalıdır. 

Və orta göstərici əsas sayılmalı deyil. 

Xarici turistlərin cəlbində Gürcüstan və Türkiyə ilə müqayisədə mövqeyimizi gücləndirmək, ümumiyyətlə, həm yerli, həm də xarici turistlərin sayının artmasında və vəsait xərcləmələrində maraqlı olmaq, bütövlükdə qeyri-neft-qaz sektorunun inkişafı üçün də əsas prioritetlərimizdən sayılır.

Ötən il qeyd etmişdim ki, ərəblər pullu müştərilərdir və odur ki, əlverişli və sərfəli qiymət siyasəti ilə biz, turizmi onların hesabına daha dolğun, geniş və sürətli inkişaf etdirə bilərik. 

Ümumiyyətlə, yerli və xarici turistlərə yanaşmada qiymət siyasəti və tarif tətbiqində balansı qorumalıyıq. Əks halda, ölkəmizin turizm potensialından düzgün istifadə edə bilməyəcəyik.

Azərbaycanda istər yay, istərsə də qış mövsümündə turizmin inkişafı üçün hər cür şərait var. Demək olar, bütün bölgələrdə restoranlar, istirahət mərkəzləri, otellər şəbəkəsi baxımından zəngin infrastruktur mövcuddur. 

Üstəgəl, füsunkar təbiət və tarixi mədəniyyət obyektləri... 

Sadəcə olaraq, qiymətlərin yüksək olması və göstərilən xidmətlərə qeyri-uyğun qiymət siyasəti böyük əngəl sayılır. Bu da lazımi istiqamətdə turist cəlbinə mane olur. Turizm sektorunda qiymət xidmət səviyyəsinə uyğun olmalıdır. Bu, olduqca ciddi məsələdir. Şişirdilmiş qiymətlərlə turizmi inkişaf etdirmək olmaz.

Demək istədiyim budur ki, ölkəmizdə hotellərdə qiymətlər çox yüksəkdir. Hələ, ictimai iaşə sektorundan danışmıram. Yeri gəlmişkən, ötən ilin yayında bölgələrimizin birində səfərdə olarkən istirahət mərkəzlərində rastlaşdığım bir hadisəni təkrar xatırlayıram ki, ikili tarif-qiymət siyasəti yürüdülürdü. Belə ki, adi bir ədəd balıq yerli vətəndaş üçün minimum 15 manat təklif edilirdisə, xarici turist üçün bu rəqəm 25 manata bərabər idi. 

Digər qida məhsulları üzrə də həmçinin. Hətta dəfələrlə məndən yerli, yoxsa xarici vətəndaş olduğum soruşulurdu. Sual olunur, niyə?

Turizm neft-qaz sektorundan sonra ikinci ən çox gəlir gətirən sahə olduğu halda, gəlir yerimizə görəsən, nədən belə yanaşılır?!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
190
50
oxu.az

10Mənbələr