AZ

Məğlub millətçilər İrəvanda sülhə qarşı

 Ermənistan baş naziri müxalifətin onu məhz savaşa təhrik etdiyini açıqlayıb 

“Noyabra qədər sülh sazişini imzalamağa hazıram”

Bunu Ermənistan baş naziri Nikol Paşinyan dünən öz təşəbbüsü ilə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, bunun üçün danışıqlar zamanı razılaşdırılmış bütün prinsipləri sənəd üzərində qeyd etmək lazımdır. Həmin prinsiplərin artıq açıq olduğunu bildirən Ermənistan baş naziri iki ölkənin xarici işlər nazirlərinin mayın 10-da Almatıda keçiriləcək görüşündən sonra irəliləyiş olacağına ümid etdiyini də media mənsublarının nəzərinə çatdırıb.

Nikol Paşinyanın bu dəfə düzənlədiyi mətbuat konfransının özəl səbəbləri vardı. Əsas səbəb sərhədində delimitasiyanın davam etdiyi Tavuş vilayətinin keşişi Baqrat Qalstanyanın başçılığı altında “Vətən uğrunda Tavuş” etiraz yürüşünün İrəvana istiqamət götürməsidir. Mayın 9-da İrəvanda finişə çatacağı bəyan edilən mövcud hakimiyyətə etiraz yürüşünün təşkilatçılarının məqsədinin Paşinyanı kürsüsündən devirmək olduğu artıq heç kəsə sirr deyil.   

Mətbuat konfransında rəsmi İrəvanın “məlum prinsiplər” çərçivəsində bu ilin noyabrına qədər Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bildirən Ermənistan baş naziri razılaşdırılmış bütün prinsiplərin sənəddə qeyd olunmasının vacibliyini iki ölkənin xarici işlər nazirirlərinin mayın 10-da Almatıda baş tutacaq görüşündə ciddi  irəliləyişin olacağına ümid etdiyini vurğulayıb. 

Delimitasiyaya son qoyulmasını tələb edən qüvvələrin Ermənistanı işğal etmək niyyətində olduqlarından danışan Paşinyan 1991-ci il Alma-Ata Bəyannaməsinin Ermənistan və Azərbaycan arasında demarkasiyanın təməl prinsipi kimi hər iki tərəfdən qəbul edildiyini xüsusi vurğulayıb: “Bu, dönməz reallıqdır. Çünki delimitasiya prosesi nə qədər irəli gedərsə, müharibə ehtimalı bir o qədər azalar. Ermənistan tarixində ilk dəfə olaraq biz suveren qərarlarımızla, öz əlimizlə ölkəmizin təhlükəsizlik təminatını yaradırıq. Suverenlik o zaman mümkündür ki, siz öz problemlərinizlə üzləşəndə onların həlli yollarını tapa biləsiniz”. Məsələnin hər iki ölkə tərəfindən yüksək səviyyədə bəyan edildiyini jurnalistlərə açıqlayan baş nazirin bu sözləri hamının marağına səbəb olub: “Biz gedən prosesləri müharibə ehtimalına doğru yönəltmək istəmirik. Biz müharibənin mümkünsüzlüyünə doğru aparan prosesləri idarə etmək istəyirik”. 

“İstefa tələbi qeyri-ciddi söhbətdir”

Nikol Paşinyan müxalifətin etirazları səbəbindən, guya, istefa verə biləcəyi barədə gedən söhbətləri qeyri-ciddi saydığını vurğulayıb: “Mən istefa ilə bağlı suala dəfələrlə münasibətimi bildirmişəm. Artıq bir neçə dəfə istefa vermişəm. Ölkənin baş nazirinin davamlı olaraq istefa verməsi artıq ciddi söhbət deyil”.

Daha sonra Ermənistan baş naziri bəyan edib ki, o, əldəqayırma müxalifətin tələblərini heç vaxt yerinə yetirməyəcək və Azərbaycanla sərhədin delimitasiyası prosesini dayandırmayacaq: “Tavuş vilayətində Ermənistanın Azərbaycanla sərhədinin delimitasiyası işləri 90 faiz yerinə yetirilib”.

O, delimitasiya prosesini bu gün də dayandıra biləcəyini nəzərə çatdıraraq, ardınca canlı efirdən erməni ictimaiyyətinə öz sualını ünvanlayıb: “Bəs sonra nə olacaq?”. Ardınca cavabı da özü verir: “Sonra olduqca sadə bir hadisə baş verəcək – müharibə! Və həmin müharibənin yalnız bir məqsəd güdəcəyinə əmin olduğunu söyləyən Paşinyan bu məqsədin sərhədin delimitasiyasının qarşısını almaqdan ibarət olduğunu bildirib: “Üstəlik, bu zaman müharibə müəyyən dərəcədə qeyri-qanuni olmayacaq. Delimitasiyaya son qoyulmasını tələb edən qüvvələr, o cümlədən, xarici qüvvələrin dəstəyi ilə Ermənistan ərazisinin bir hissəsinin işğalı üçün əllərindən gələni edəcəklər ki, yaranacaq vəziyyətdən ölkədə hakimiyyəti dəyişmək mümkün olsun”. 

Amma, o, bu “ssenarinin” həyata keçmək şansının olmadığını da qətiyyətlə bəyan edib. 

“Düşmənçiliyi aradan qaldırmalıyıq”

Ermənistanın baş naziri mətbuat konfransında, həmçinin İrəvanın bölgə dövlətləri ilə münasibətlərinə dair özünün baxışını da təqdim edib. Bununla bağlı qeyd edib ki, Ermənistan Gürcüstan və İranla əməkdaşlıq, eləcə də Türkiyə və Azərbaycanla  “düşmənçiliyi idarə olunan həddə endirməklə, onu azaltmaq və aradan qaldırmaq” yolunu davam etdirəcək. Nikol Paşinyan bildirib ki, regional nəqliyyat marşrutlarının inteqrasiyasına nail olmaq, qonşularla iqtisadi əlaqələr qurmaq və inkişaf etdirməkdən ötrü Ermənistan mehriban qonşuluğu dərinləşdirməlidir.

Daha sonra yenidən ona qarşı başlayan etiraz yürüşü mövzusuna toxunan baş nazir bu gün “müharibə partiyası”na bütün ermənilərin katolikosunun rəhbərlik etdiyini, onun benefisiarı rolunda isə sabiq prezident Robert Koçaryanın çıxış etdiyini açıqlayıb. Paşinyan bir müddət əvvəl erməni kilsəsinə qarşı ittihamların heç də təsadüfi olmadığını dilə gətirib: “Çünki kənardan dəstəklənən “Vətən uğrunda Tavuş” etiraz yürüşünə Tavuş yeparxiyasının keşişi Baqrat Qalstanyan rəhbərlik edir”. Paşinyan onu da bildirib ki, bu hərəkatın məqsədi onun sələflərini (Serj Sarkisyanı, yaxud Robert Koçaryanı –red.) hakimiyyətə qaytarmaqdır. Bunları açıq mətnlə ictimaiyyətin nəzərinə çatdıran baş nazır 2021-ci ildə Koçaryanın kilsənin köməyi ilə Ermənistanda hakimiyyət dəyişikliyi həyata keçirməyə cəhd etdiyini də bildirib.

“Moskvada “yığılmış problemlər”i müzakirə edəcəyik”

Bu gün Avrasiya İqtisadi İttifaqının (Aİİ) yubiley tədbirində iştirak etmək üçün Moskvaya yola düşəcək Nikol Paşinyanın dünən dedikləri qətiyyən təsadüfi sayıla bilməz. Eləcə də onun səfər ərəfəsində Moskvanın əleyhinə kəskin ifadələr işlətməkdən çəkinməsi də diqqətdən yayınmayıb.  

“Sabah mən Moskvaya gedəcəyəm, orada Aİİ sammitinə sədrlik edəcəyəm”, – deyən Paşinyanın sözlərinə görə, o, Rusiya Prezidenti ilə görüşdə “yığılmış problemlər”i müzakirə edəcək: “Rusiya ilə münasibətlərin gündəliyi çoxtərəflidir, bu müddət ərzində bir sıra problemlər ortaya çıxıb. Həmçinin, Ermənistan və Rusiya arasındakı dostluq münasibətləri kontekstindən mənfi nüansları aradan qaldırmaq üçün, əlbəttə ki, ikitərəfli və çoxtərəfli münasibətlərimizin bütün gündəliyini müzakirə edəcəyik”.

Deyəsən, Qərbdən tamamilə əlini üzən Paşinyan indiki durumda Moskva ilə münasibətləri yumşaltmaq yolunu tutub. Bu, gözlənilən idi. 

İmran BƏDİRXANLI
XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13501
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
10782
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9008
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2866
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2416
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2182
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2027
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1825
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1630
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1509
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
962
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
736
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
663
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
632
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
602
Arda Gülər dayanmır, yenə fərqləndi -
578
Azərbaycan nefti ucuzlaşdı
575
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
573