AZ

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb.
 
Moderator.az xəbər verir ki, birinci yarımfinalda 15 ölkə çıxış edəcək və onlardan 10-u əsas finala vəsiqə qazanacaq.
 
Azərbaycanı yarışmada təmsilçilər Fahree və İlkin Dövlətov “Özünlə apar” mahnısı ilə təmsil edir.
 
Onlar səhnəyə 12-ci çıxacaqlar. Qeyd edək ki, ikinci yarımfinal mayın 9-da keçiriləcək. Final isə mayın 11-də olacaq.
 
Səsvermə canlı konsert zamanı açıqdır.
 
Xatırladaq ki, “Avroviziya”nın 68-ci müsabiqəsi bu il mayın 7, 9 və 11-də İsveçin Malmö şəhərində keçiriləcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
183
50
moderator.az

10Mənbələr