AZ

“Saudi Aramco”nun mənfəətinin azalması gözləniləndən pis olub

Şirkətin maliyyə hesabatına əsasən, ilin birinci rübündə “Saudi Aramco”nun xalis mənfəəti 27.3 milyard dollar təşkil edib. Bu, 2023-cü ilin əvvəli ilə müqayisədə 14.5% azdır.

Düşmə analitiklərin gözlədiyindən daha güclü olduub. “Visible Alpha”nın sorğusuna əsasən, analitiklər orta hesabla şirkət üçün 27.8 milyard dollar mənfəət gözləyirdilər.

Birinci rübdə neft qiymətlərinin artmasına baxmayaraq, “Saudi Aramco”nun mənfəəti azalıb. Belə ki, şirkətin neftin orta satış qiyməti ötən illə müqayisədə bir barel üçün 81 dollardan 83 dollara yüksəlib, lakin buna satış həcminin azalması hesabına nail olunub.

Mənfəətin azalmasına baxmayaraq, “Saudi Aramco” 20.3 milyard dollarlıq dividend elan edib. Bütün 2024-cü il üçün şirkətin 124.3 milyard dollar dividend ödəyəcəyi gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
50
Mənbələr
Şərh ()
Bağla