AZ

Naxçıvanda Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxsi yaradılıb

“Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxsi yaradılıb.

Bakıvaxtı.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi sədrinin müavini Anar İbrahimov mayın 7-də Naxçıvan Muxtar Respublikası (MR) Təhsil Nazirliyinin tabeliyində olan peşə təhsili müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi publik hüquqi şəxsi və Naxçıvan Şəhər Peşə Liseyinin birləşdirilməsi və onların bazasında “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxsin yaradılması qərara alınıb.

Bundan başqa, Fərmana uyğun olaraq, Şərur Texniki Peşə və Sürücülük Məktəbi “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Şərur Peşə Liseyi” adlandırılaraq publik hüquqi şəxsə çevrilib.

Həmçinin Ordubad Texniki Peşə və Sürücülük Məktəbi “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Ordubad Peşə Liseyi” adlandırılıb və publik hüquqi şəxsə çevrilib.

Fərmanın icrası ilə əlaqədar Muxtar Respublikanın müvafiq dövlət orqanları üçün vəzifələr müəyyən edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
181
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
4824
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
4772
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
847
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
807
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
783
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
782
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
479
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
429
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
289
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
274
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
238
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
193
Arda Gülər dayanmır, yenə fərqləndi -
140
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
125
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
120
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
119
Arda dubl etdi - VİDEO
115
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
103
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
99
“Mançester Siti” İngiltərə çempionu olub
92