AZ

Təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir

Təhsil

Bakı, 7 may, AZƏRTAC

Təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir.

AZƏRTAC xəbər verir ki, “Təhsil haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda Milli Məclisin mayın 7-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Layihəyə əsasən, özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində şəhid ailəsinin üzvlərinin, peşə təhsili müəssisələrində "Müharibə veteranı" adı almış şəxslərin, özəl peşə təhsili müəssisələrində isə əlilliyi olan şəxslərin, 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi təklif edilir.

Sənədə görə, həmçinin müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir.

Layihəyə əsasən, peşə təhsili müəssisələrində "Müharibə veteranı" adı almış şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi təklif edilir.

Qanun layihəsi səsvermədən sonra üçüncü oxunuşda qəbul edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
205
49
azertag.az

10Mənbələr