AZ

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Bakı. Trend:

Mayın 14-də Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək.

Trend xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulucədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il mayın14-də, saat 10:00-da Göyçay rayon prokurorluğunun inzibatibinasında Göyçay, Kürdəmir, İsmayıllı və Qəbələ rayon sakinlərininqəbulunu keçirəcək.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Göyçay rayonunagəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyatakeçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər)prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, BaşProkurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin(012) 361-14-07 nömrəli telefonu, [email protected]elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəkisəhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazılabilərlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
33
az.trend.az

10Mənbələr