AZ

FHN növbəti şərti yanğın təlimi keçirdi

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 1 ünvanında yerləşən “AAAF İnşaat” MMC-yə məxsus yüksəkmərtəbəli yaşayış kompleksində təlim keçirilib.

Təlim “şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binalarına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.

Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi səbəbindən yanğın avtomobilinin yaşayış kompleksinə və su hovuzuna sərbəst şəkildə yaxınlaşa bilmədiyi müəyyən olunub. Bundan əlavə, binanın ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmadığı, daxili yanğın su kranlarının quraşdırılmadığı, qəza-işıqlandırma sisteminin olmadığı, elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə cavab vermədiyi, yanğın xəbərverici siqnalizasiya qurğusunun olmadığı, yaşayış kompleksindən çıxış qapısının fərdi evlərin sakinləri tərəfindən tutulduğu, qaz təsərrüfatının yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab vermədiyi də müəyyən edilib.

Qeyd olunan nöqsanların aradan qaldırılması barədə yaşayış kompleksinin yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı “tapşırıqlar” verilib, eyni zamanda yaşayış kompleksinin sakinləri ilə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
11
publika.az

10Mənbələr