AZ

YAP Qaradağ rayon təşkilatı velosiped yarışı keçirdi - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı, Qaradağ Rayon İcra Hakimiyyəti və Respublika Olimpiya Velosiped Məktəbinin birgə təşkilatçılığı Lökbatan qəsəbəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan velosiped yarışı keçirilib.

"Unikal" xəbər verir ki, Qaradağ rayonunda yerləşən ümumtəhsil müəssisələrini əhatə edən yarışda 120-ə yaxın məktəbli iştirak edib.

Yarış iştirakçılarını salamlayan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev bildirib ki, müasir Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ölkəmizin hər yerində, o cümlədən Bakının Qaradağ rayonunda geniş qeyd edilir. Vurğulanıb ki, velosiped yarışının əsas məqsədi Ulu Öndər Heydər Əliyevin irsini geniş təbliğ etmək, şagirdlərə vətənpərvərlik hissləri aşılamaq, onları dövlətçilik və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə etməkdir. Eyni zamanda, fiziki cəhətdən sağlam gənc nəsil yetişdirmək və ekoloji təmizliyə şərait yaradan velosiped idman növünü gənclər arasında geniş təbliğ etməkdir.

Qaradağ Rayon İcra Hakimiyyətinin şöbə müdiri, “91-lər”dən olan Munis Bayramov, Respublika Olimpiya Velosiped Məktəbinin direktor müavini Gülnarə Malikova Ulu Öndər Heydər Əliyevin milli dövlətçiliyimizin bərpası və inkişafında göstərdiyi xidmətlərdən bəhs edib, gənc idmançılara uğurlar arzulayıblar.

Sonra yarışa start verilib.

Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan mükafatlandırma mərasimində qaliblərə müvafiq medal və diplomlar təqdim olunub. Eyni zamanda, yarışın hakimlərinə də diplomlar verilib.

Qeyd edək ki, E.Həsənov adına 139 saylı tam orta məktəbin komandası I, 14 nömrəli Bakı Peşə Məktəbinin komandası II, 166 nömrəli məktəb-liseyin komandası III yerə layiq görülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
50
Mənbələr
Şərh ()
Bağla