AZ

Abituriyentlərin qəbul imtahanında iştirak üçün qeydiyyatı başa çatıb

Bakı. Trend:

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının IImərhələsinin I cəhdində iştirak etmək istəyən abituriyentlərinərizə qəbulu başa çatıb.

Trend xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM)məlumat yayıb.

Dünən saat 09:00-a olan məlumata əsasən I ixtisas qrupu üzrə 29230, II qrup üzrə 23 163, III qrup üzrə 24 499, IV qrup üzrə isə 5804 abituriyent elektron ərizəsini təsdiq edib.

Qeyd edək ki, abituriyentlər dünən saat 23:59-dək şəxsikabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-inmüvafiq internet səhifəsinə daxil olaraq imtahan vermək istədikləriixtisas qrupunu seçib qeydiyyatdan keçməli idilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
49
Mənbələr
Şərh ()
Bağla