AZ

Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək

 
"Müasir Rusiyada gerçək nüvə yükünün partlayışı ilə bağlı nüvə sınaqları aparılmayıb..."
 
Belə təlimlərin keçirilməsinin "təxribatçı bəyanatlar və təhdidlərə" cavab olacağı deyilir
 
Rusiya yaxın zamanlarda "qeyri-strateji nüvə qüvvələrinin döyüş tapşırıqlarının icrasına hazırlığının yüksəldilməsi məqsədilə" təlimlər keçirəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə bu gün səhər Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. Məlumatı "azattyq.org" nəşri yayıb.
 
Məlumatda deyilir ki, nüvə təlimləri Putinin tapşırığı ilə keçiriləcək, Baş Qərargah artıq hazırlığa başlayıb. 
 
Tədbirdə Cənub Hərbi Dairənin raket birləşmələri iştirak edəcək, aviasiya, habelə Hərbi-Dəniz Donanması qüvvələri də cəlb ediləcək.
 
"Təlimin gedişində qeyri-strateji nüvə silahının hazırlanması və tətbiqi məsələlərinin praktiki surətdə işlənib hazırlanması üzrə kompleks tədbirlər həyata keçiriləcək", - məlumatda deyilir.
 
Qeyd edilir ki, "Qərbin ayrı-ayrı rəsmi şəxslərinin Rusiya Federasiyasının ünvanına təxribatçı bəyanatları və təhdidlərinə cavab olaraq Rusiya dövlətinin ərazi bütövlüyü və suverenliyinin qeyd-şərtsiz təmin edilməsi məqsədilə" belə silahın döyüş tətbiqi işlənib hazırlanacaq. Hansı şəxslər və bəyanatlardan söhbət getdiyi dəqiqləşdirilmir.
 
Qeyri-strateji və ya taktiki nüvə silahı çatdırılma vasitələri nisbətən yaxın mənzilli (yəni qeyri-strateji qitələtarası raketlər) və nisbətən (strateji silahla müqayisədə) az gücə malik, məsələn, trotil ekvivalentdə bir neçə kiloton, raketlər olan nüvə döyüş susrsatlarıdır.
 
O cümlədən taktiki nüvə silahından "İsgəndər" raket komleksləri istifadə edə bilər. Bu silah bu yaxınlarda Belarusda yerləşdirilib. Dəyərləndirmələrə görə, Rusiya dünyada belə silahın ən çox ehtiyatlarına malikdir. Döyüş meydanında bu silah heç vaxt tətbiq edilməyib.
 
Müasir Rusiyada gerçək nüvə yükünün patlayışı ilə bağlı nüvə sınaqları aparılmayıb. SSRİ-də son belə sınaq 1990-cı ildə keçirilib.
 
2023-cü ilin fevralında Putin Novaya Zemlyadakı poliqonun ABŞ-ın ilk olaraq keçirəcəyi tədqirdə nüvə silahının sınaqdan keçirilməsi üçün hazırlığını təmin etməyi tapşırıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
50
moderator.az

10Mənbələr