AZ

Lalədən ETİRAF: “Qızlarım deyəcək ki, anamız bizi qoyub getdi” – VİDEO 

“Gəşəngəm! Gözəl hissdir, eyni zamanda böyük zəhmət tələb edir. O hissi yaşamaq üçün isə insan böyük əziyyətlərdən keçir. İnsan üçün ən qiymətli canının sağlam olması və zamanıdır. Bunların ikisindən də insan keçir. Gözəllik üçün insan öz sağlamlığından da keçir, özünə də zülm edir. Yeməklərdən imtina edir, idmanla məşğul olur, tamaşaçıları təəccübləndirmək üçün saatlarla, günlərlə və həftələrlə səsyazma studiyasında mahnılar yazdırır. Bu səbəbdən də övladlarına yetərincə zaman ayıra bilmir. Bir sözlə, gözəl və gəşəng olmağın hissi altında zəhmət dayanır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova “Maqazin plyus” verilişinə müsahibəsində deyib. 

Qızları Nərgiz və Çinarədən söz açan sənətçi onların təhsilindən və yön aldıqları sahədən danışıb: 

“Böyük qızım Nərgiz artıq universitet tələbəsidir. O, birinci kurs tələbəsidir. İkinci qızım Çinarənin isə bu günlərdə ibtidai sinfinin buraxılış gecəsi olub. Övladlarımdan razıyam. Amma onların məndən nə dərəcədə razı olub-olmadığını isə zaman göstərəcək. Çünki ola bilər ki, onlar məndən narazı olsunlar. Deyəcəklər ki, anamız bizi qoydu, getdi və onu saatlarla görə bilmədik. Bilmirəm ki, gələcəkdə məni nə gözləyir”. 

Lalə “Qızlarınıza seçim azadlığını verəcəksiniz?” sualını belə cavablandırıb: 

“Ailəmdə mənim seçim azadlığım olmayıb. Musiqiyə gəlməyim şərtlərlə olub. Çünki ailəm musiqiyə qeyri-ciddi yanaşıb. Böyük qızım Nərgiz rejissor və aktrisa olmaq istəyirdi, marağı vardı. Ona dedim ki, bu seçim ilə bağlı yaxşı düşünməlisən. Sonra isə o tamamilə başqa bir sahəyə - marketinq və mediaya yön aldı. Bu sahəni isə dərindən öyrənir. Mənə deyirlər ki, kiçik qızın müğənni olacaq.
Mən isə cavab verirəm ki, müğənni doğulmaq lazımdır. Amma hər şey ola bilər, bilinmir hələ… Müğənni olmaq asan deyil. Gərək, elə bir səsin olsun ki, onunla sən insanları cəlb edəsən, Allahın verdiyi istedada sahib olmalısan. Bilmirəm bu istedad qızlarımda zamanla olacaq, yoxsa yox. Amma bir onu bilirəm ki, hər iki qızım musiqini çox sevir və musiqini duyan uşaqlardırlar, səsləri də var”. 
 


Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
47
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
11975
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8594
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
8421
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2346
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2069
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1890
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1768
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1502
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1152
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
932
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
727
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
528
Arda Gülər dayanmır, yenə fərqləndi -
466
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
424
Arda dubl etdi - VİDEO
372
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
368
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
363
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
362