AZ

Naftalanda ev yandı

Naftalanda yanğın olub.

FHN-dən Yenicag.az-a verilən xəbərə görə, Naftalan şəhərinin Qasımbəyli kəndində ümumi sahəsi 66 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə, 1 otağının yanar konstruksiyaları və ev əşyaları 24 m² sahədə yanıb.

Yüksək temperaturdan digər otağın lambirdən ibarət tavanı 10 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
232
50
yenicag.az

10Mənbələr