AZ

ABŞ Ukraynaya qoşun yeridəcək? - RƏSMİ AÇIQLAMA

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Demokratların lideri Hakim Cefris Ukrayna Silahlı Qüvvələrinin məğlub olacağı təqdirdə ABŞ-ın Ukraynaya qoşun yeritməli olacağını istisna etməyib. 

Bizim.Media xəbər verir ki, o, bu fikirləri CBS telekanalına müsahibəsində bölüşüb.

“Biz Ukraynanın məğlub olmasına imkan verə bilmərik, çünki bu, baş verərsə, Amerikanın münaqişəyə təkcə pulumuzla deyil, həm də qoşunlarımızla qarışmalı olacağı ehtimalı böyükdür”, o deyib.

Cefris eyni zamanda, iddia edib ki, Respublikaçılar Partiyasında rusiyayönlü fraksiya güclənib:

"Məhz bu fraksiya Kiyevin hərbi ehtiyacları üçün əlavə maliyyənin razılaşdırılmasını gecikdirir. Onlar Ukraynanı dəstəkləmək istəmirlər. Hesab edirlər ki, Rusiya ABŞ-ın düşməni deyil. Həmin fraksiyaya Nümayəndələr Palatasının üzvü Marjori Teylor-Qrin rəhbərlik edir".

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
296
50
bizim.media

10Mənbələr