AZ

Netanyahu deyir ki, heç bir təzyiq İsraili dayandırmayacaq

"İsrail xarici təzyiqlərə görə tamamilə tək qalsa belə, özünü müdafiə etməyə hazırdır". Bizimyol.info xəbər verir ki, bunu Yəhudi Dövlətinin Baş naziri Benyamin Netanyahu deyib. O, Holokostun Anım Günü və yəhudi xalqının İkinci Dünya Müharibəsində göstərdiyi qəhrəmanlıqların xatirəsinə həsr olunmuş mərasimdə çıxış edib. “80 il əvvəl, Holokost zamanı yəhudi xalqı bizi məhv etmək istəyənlərin qarşısında tamamilə müdafiəsiz idi. Heç bir ölkə yardımımıza gəlmədi. Bu gün yenidən məhvimizi istəyən düşmənlərlə üz-üzəyik. Mən bütün dünya liderlərinə bəyan edirəm: nə təzyiq olursa olsun, istənilən beynəlxalq forumda hansı qərarlar qəbul edilir-edilsin, İsrail özünü müdafiə etməkdən əl çəkməyəcək”, - deyə Netanyahunun çıxışı hökumət başçısının aparatı tərəfindən yayılıb. “Yeganə yəhudi dövləti olan İsrailin baş naziri kimi bu gün Qüdsdən Holokostu Anma Günündə söz verirəm: İsrail tək qalmağa məcbur olsa belə, mübarizəsini tək aparacaq. Amma biz bilirik ki, biz tək deyilik, çünki dünyada bir çox ləyaqətli insanlar bizim haqq işimizə dəstək verirlər. Və sizə bəyan edirəm ki, biz soyqırım axtaran düşmənlərimizi məğlub edəcəyik”, - deyə Netanyahu əlavə edib. 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə hücumundan sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail Qəzzada HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və oğurlananların hamısını azad etmək məqsədi ilə əməliyyat keçirib. Altı aydan artıqdır davam edən hərbi əməliyyatlar fonunda beynəlxalq ictimaiyyət son zamanlar İsrail hakimiyyətinə təzyiqləri artıraraq anklavda hərbi əməliyyatları tez bir zamanda dayandırmağa çağırıb. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
50
bizimyol.info

10Mənbələr