AZ

Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2024” beynəlxalq reqatası başa çatıb.
 
Moderator.az qurumun mətbuat xidmətinə istinadla xəbər verir ki, yarışların üçüncü günündə Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində idmançılar 200, 1 000, 1 500 metr məsafələrdə kayak-kanoe və akademik avarçəkmə növündə mübarizə aparıblar. Yarışın son gününü idmançılarımız ikisi gümüş, üçü bürünc olmaqla beş medalla başa vurub.
 
Təmsilçilərimiz Qiyas Əhmədov və Vacib Babayev 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində 200 metr məsafəyə kayak yarışında gümüş medal qazanıblar. Niyaz Məlikov və Emil Zeynalov isə 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində 1 000 metr məsafəyə kayak yarışında ikinci yerə çıxıblar.
 
2010-2011-ci il təvəllüdlü idmançıların mübarizəsində İbrahim Məmmədzadə və Sərhad Fərhadzadə 200 metr məsafəyə kayak yarışında bürünc medal qazanıblar. Nurlan Paşayev və Fariz Babayev 2006-2007-ci il təvəllüdlü idmançıların mübarizəsində 1 500 metr məsafəyə akademik avarçəkmə növündə üçüncü yerə çıxıblar.
 
Qeyd edək ki, Məhəmməd Həsənov və Raul Şamilov 2010-2011-ci il təvəllüdlü idmançıların mübarizəsində 1 000 metr məsafəyə akademik avarçəkmə növü üzrə bürünc medal qazanıblar.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
215
44
moderator.az

10Mənbələr