AZ

Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq

Naxçıvan Dövlət Universitetinin yenidən təşkil olunacaq.

“İki sahil” xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Naxçıvan Dövlət Universiteti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Naxçıvan Dövlət Universitetinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Elm və Təhsil Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində Naxçıvan Dövlət Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir.

Qərarla "Naxçıvan Dövlət Universitetinin Nizamnaməsi” də təsdiqlənib. Universitetin nizamnamə fondu 43 550 000 (qırx üç milyon beş yüz əlli min) manatdır. Universitetin əmlakı nizamnamə fondundan, təsisçinin ona verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, o cümlədən ödənişli təhsildən əldə edilən vəsaitdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunda nəzərdə tutulan digər vəsaitdən formalaşır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
45
Mənbələr
Şərh ()
Bağla