AZ

ABŞ-ın ukraynalılara hərbi təlimləri böyük müharibə üçün lazımlı bacarıqları məhv edib

Birləşmiş Ştatlar o qədər uzun müddətdir üsyançılar və terrorçularla mübarizə aparır ki, eyni gücə malik rəqibə qarşı real müharibənin necə aparılacağını unudub.

Qaynarinfo xəbər verir ki, bu barədə "Business Insider” Ukraynanın Rusiyaya qarşı müharibəsində iştirak edən amerikalı veterana istinadən yazır.

Onun sözlərinə görə, ABŞ ordusunda təlim keçərkən onlar əsasən İraq və Əfqanıstanı nəzərdə tutaraq partizan müharibəsi və üsyançılarla mübarizəyə diqqət yetirirlər. ABŞ Ordusunu tərk etdikdən sonra müqavilə əsasında İraqda döyüşən və hazırda Ukraynada döyüş həkimi kimi xidmət edən ABŞ veteranı adının açıqlanmasını istəməyərək bildirib ki, Amerika və NATO "böyük müharibə üçün lazım olan bacarıqları məhv edib”.

Onun sözlərinə görə, Yaxın Şərqdəki münaqişələr çox böyük insan həyatı bahasına başa gələn ciddi müharibələr olub, lakin Ukraynadakı müharibə I və II Dünya müharibələrindən bəri "dünyanın görmədiyi dağıntı səviyyələrinə malik sənaye müharibəsidir”.

Amerikalılar və müttəfiqlər düşmənlə müqayisədə əlverişsiz vəziyyətdə döyüşməyə öyrəşməyiblər, veteran əlavə edib.

"Mən hesab edirəm ki, bizim təlimlərimizin çox hissəsi bu günlərdə Rusiya və ya Çin kimi təxminən eyni səviyyəli düşmənlə döyüşməkdən daha çox partizan müharibəsinə yönəlib", - müharibə veteranı deyir.

O, həmçinin ABŞ və Avropada hərbi təlimlərin keyfiyyətini şübhə altına alıb. Onun sözlərinə görə, ordu hazırlığı onu Ukraynadakı müharibəyə hazırlaya bilməzdi.

Ukraynadakı başqa bir amerikalı veteran nəşrə bildirib ki, ABŞ ordusundakı dostları ondan dronlarla və ya səngərlərdə necə döyüşmək barədə məsləhət istəyirlər, çünki onlara bunu ABŞ-da öyrətmirlər.

Bundan əlavə, NATO ölkələrində təlim keçmiş bir çox Ukrayna hərbçiləri bunu yersiz və ya qeyri-adekvat adlandırıblar, - "Business Insider” yazır. Amerikalı veteranların fikrincə, Britaniyada təlim, digər məsələlərlə yanaşı, minalanmış sahələr, artilleriya və ya digər döyüş meydanındakı təhlükələri idarə etmək bacarıqlarını təmin etmir. ABŞ veteranları deyirlər ki, bu cür təlimlər yalnız "kağız üzərində” məna kəsb edir, bu, "Ukraynada işləmir, çünki bu, fərqli bir müharibə növüdür".

ABŞ, Britaniya və Polşa hərbçiləri tərəfindən təlim keçən ukraynalı komandir keçən il bildirib ki, əgər bu ölkələrin tövsiyələrinə tam əməl etsəydi, indiyə qədər öldürülmüş olacaqdı.

ABŞ veteranı hesab edir ki, ukraynalılar müasir müharibənin bəzi aspektlərini ABŞ-dan daha yaxşı bilirlər.

"İnanıram ki, ukraynalılar Qərb ordusuna və NATO-ya nəsə öyrədə bilər, çünki biz uzun illər adi müharibə aparmamışıq”, - nəşrin həmsöhbəti bildirib.

Nizami Bağırov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
33
qaynarinfo.az

10Mənbələr