AZ

Nazir: “Son 5 ildə Azərbaycanda minimum pensiya 2.5 dəfə artıb”

“Ölkəmizdə həyata keçirilən islahatların əsas istiqaməti aztəminatlı, azgəlirli, sosial cəhətdən həssas insanların gəlirlərinin artırılmasıdır”.

Bunu Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən forumda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, son 5 ildə Azərbaycanda minimum pensiya 2.5, orta pensiya 2.4 və ən həssas kateqoriyadan olan insanlara ödənişlər isə 5 dəfə artıb: “Əgər Azərbaycan dövləti 2018-ci ildə sosial müavinət və təqaüdlərə 300 milyon manat vəsait xərcləmişdisə, bu rəqəm ötən il 1.9 milyard manata çatıb. Yəni, 5 dəfədən çox artım olub. Bu, dövlətimizin sosialyönümlü siyasətinin bariz göstəricisidir. Cari ilin birinci rübündə müavinət və pensiya, ünvanlı yardım proqramları vasitəsilə vətəndaşlara 2 milyard 183 milyon manat vəsait ödənilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 12 faiz və ya 224 milyon manat çoxdur”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
20
Mənbələr
Şərh ()
Bağla