AZ

Gün ərzində qeydə alınan 95 cinayətin açılması təmin olunub

Mayın 2-də ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 37 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Xəbəri DİN mətbuat xidməti verib. 

Məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 87, o cümlədən borclu şəxs qismində axtarışda olan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb.

 

P.ƏMİRCANOV

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
17
xalqqazeti.az

10Mənbələr