AZ

Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya işə başlayıb

Ağdam. Trend:

Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq”mövzusunda VI Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçılarıişğaldan azad olunan Ağdam şəhərində səfərdədirlər. Forumçərçivəsində Ağdam Konfrans Mərkəzində “Minaların və partlamamışhərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusisessiya keçirilir.

Trend xəbər verir ki, sessiyaya Azərbaycan RespublikasınınUNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayevmoderatorluq edir.

Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı,UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya TurizmTəşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edir.

Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, diniliderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupadaxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsiləsülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün biraraya gəliblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
50
az.trend.az

10Mənbələr