AZ

Evdə qəribə varlıq tapan qadın həqiqəti öyrənəndə şoka düşdü - FOTOLAR

Böyük Britaniyanın Volverhempton şəhərindən olan bir qadın evdə gördüyü “qəribə dələ”nin tamam başqa heyvan olduğu ortaya çıxanda şoka düşüb.

Turkustan.az bildirir ki, Britaniyalı qadın kömək üçün dərhal xilasedicilərə müraciət edib. Hadisə yerinə gələn ekspertlər mətbəx piştaxtasında sərinlənən balaca meymunu görəndə şoka düşüblər.

Sonradan Marsel adlandırılan heyvan qəfəsə salınaraq yerli sığınacağa aparılıb.

Heyvanları mühafizə təşkilatı “Wings and Paws” (“Qanadlar və Pəncələr”) indi heyvana yeni yuva tapmaq üçün çalışır.

“Bizə çox həyəcanlı bir qadın zəng vurdu və dedi ki, onun mətbəxində qəribə bir növ heyvan yaşayır. Bu, tüklü quyruğu olan kiçik bir şeydir, bəlkə də bir dələdir. O, çox arıq və ac olsa da, kömək üçün insanların yanına gələcək qədər ağıllı idi"-deyə ekspertlər bildirib.

“Cənubi Amerika marmozan meymunu olan bu heyvanın uçuşu təqribən 5400 mil məsafədə necə başa vurduğu dəqiq məlum deyil. O, yəqin ki, əvvəlki sahibləri tərəfindən taleyin ümidinə buraxılıb”.

“Qanadlar və Pəncələr” komandası Marsel sağaldıqdan sonra ona yeni ev tapmaq üçün çalışır.

"Əgər Vulverhempton küçələrində qalsaydı, heyvan acından ölə bilərdi. Hesab edirik ki, o, zoopark heyvanı deyil, kiminsə ev heyvanı olub. O, insanlar arasında çox sakitdir və ovucun içində sakitcə oturur"- deyə ekspert əlavə edir.

Yeri gəlmişkən, Böyük Britaniyada meymunları ev heyvanı kimi saxlamaq qanunidir. Heyvanların hüquqlarını müdafiə təşkilatları isə bunu qəti şəkildə tövsiyə etmir, çünki heyvanlar təbii mühitdə özlərini daha yaxşı hiss edirlər.

"Biz primatların ev heyvanı kimi saxlanmasına qarşı kampaniya aparır, İngiltərə və Uels hökumətlərini bu qanunu dəyişdirməyə çağırırıq"-deyə heyvan hüquqları təşkilatı rəsmi saytında yazır./Sfera.az/

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
196
50
Mənbələr
Şərh ()
Bağla