AZ

Bakıda üç nəfər yol qəzasında xəsarət alıb

Bakının Nəsimi rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Qarayev Orxan Əbülfəz oğlu və onun həmyaşıdları Mahmudzadə Mirəli Miri oğlu, Osmanov Əli Mehdi oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
6
Mənbələr
Şərh ()
Bağla