AZ

“Bayer” “Roma”ya da qalib gəldi - Avropa Liqasında

Bu gün futbol üzrə Avropa Liqasında 2023/2024 mövsümünün yarımfinal mərhələsinin ilk qarşılaşmaları keçirilib.

Arena.az xəbər verir ki, hər iki oyun eyni gündə keçirilib və eyni saatda başlayıb.

İtaliyada yerli “Roma” bir müddət öncə tarixində ilk dəfə Almaniya çempionluğunu bayram edən “Bayer”lə üz-üzə gəlib. Leverkuzen təmsilçisinin məğlubiyyətsiz seriyasının bu oyunda davam edib-etməyəcəyi böyük maraqla gözlənilirdi. Almaniya çempionu Romada da qələbə qazanmaqla uğurlu seriyasını davam etdirib.

Digər yarımfinal görüşü isə Fransada Marsel “Olimpik”i ilə İtaliyanın digər təmsilçisi “Atalanta” arasında baş tutub. Şansları bərabər qiymətləndirilən bu komandaların görüşü də az maraq doğurmurdu. Tərəflər ilk oyundan heç-heçə ilə ayrılıblar. Cütün taleyinə İtaliyadakı cavab oyununda aydınlıq gələcək.

Qeyd edək ki, Avropa Liqasında yarımfinal mərhələsinin cavab matçları mayın 9-da keçiriləcək. Final görüşü isə mayın 22-də Dublindəki “Aviva” stadionunda baş tutacaq.

Avropa Liqası
Yarımfinalın ilk oyunları
2 may

“Roma” (İtaliya) – “Bayer” (Almaniya) 0:2
Qollar: Virts, 28. Andrix, 73.
Baş hakim: Fransua Leteksye (Fransa)
Roma. “Olimpiko” stadionu.

“Olimpik” (Marsel, Fransa) – “Atalanta” (İtaliya) 1:1
Qollar: Mbemba, 20 – Skamakka, 11.
Baş hakim: Daniel Zibert (Almaniya).
Marsel. “Velodrom” stadionu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
15
arena.az

10Mənbələr