AZ

Vətənə xəyanətdə ittiham edilib, Təl-Əvivdə SSRİ ilə bağlı ARAŞDIRMA BAŞLADACAQ

"Rusnano"nun keçmiş rəhbəri Anatoli Çubays Təl-Əviv Universitetində açılan Rusiya Araşdırmaları Mərkəzinin (CRS) “sponsorlar qrupunun təşkilatçısı” olub.

Publika.az xəbər verir ki, bu barədə TASS universitetin mətbuat xidmətinə istinadla məlumat yayıb.

Bildirilib ki, mərkəz Rusiyanın SSRİ-nin dağılmasından sonrakı iqtisadi, siyasi, sosial və mədəni tarixini öyrənəcək.

Universitetdən verilən məlumata görə, Mərkəzin fəaliyyəti siyasi motivli deyil. Layihənin məqsədi yaxın keçmişdə baş vermiş hadisələr əsasında Rusiya Federasiyasının mümkün gələcəyini araşdırmaqdır.

Layihədə Çubaislə yanaşı, publisist Aleksandr Baunov və sosioloq Viktor Vaxştayn (Rusiya Federasiyasında xarici agent kimi tanınıb) iştirak edəcəklər.

"CRS-in bəyan edilmiş vəzifəsi “Rusiyanı başa düşmək” imkanlarına yeni formada sırf akademik mənada yanaşmaqdır", - deyə təhsil müəssisəsi qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
11
Mənbələr
Şərh ()
Bağla