AZ

Antalyada avtomobillərin toqquşması nəticəsində 16 nəfər yaralanıb

Türkiyədə Antalyanın Manavqat rayonunda eyni şirkətə məxsus iki safari maşınının toqquşması nəticəsində 13-ü turist olmaqla 16 nəfər xəsarət alıb.

BiG.AZ xəbər verir ki, bu barədə türk mətbuatı bildirib.

Maşınlardan biri yolun sağ tərəfindəki beton dirəyə çırpılaraq yan üstə düşüb. Qəzadan sonra bölgəyə çox sayda sağlamlıq və xilasetmə qrupları sövq edilib.

Qəzada hər iki avtomobildə olan 16 nəfər yaralanıb. Hadisə yerində ilkin tibbi yardım alan yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanalara göndərilib.


BiG.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
1
Mənbələr
Şərh ()
Bağla