AZ

Putin "Crocus" terrorunda insanları xilas edən gəncləri mükafatlandırdı

Rusiya Prezidenti Vladimir Putin Moskva yaxınlığındakı "Crocus City Hall"da terror aktı zamanı insanların təxliyəsinə kömək edən iki məktəbli və bir tələbənin “Qurbanların xilasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin rəsmi saytındakı sənəddə bildirilir.

Ekstremal şəraitdə insanların xilas edilməsində cəsarətli və qətiyyətli hərəkətlərə görə Krasnoqorskdan olan 19 nömrəli məktəbin şagirdləri Artem Donskov və İslam Xəlilov, həmçinin RANEPA-nın kollec tələbəsi Nikita İvanov mükafatlandırılıblar. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
12
unikal.az

10Mənbələr