AZ

Kərim: “Evimə buraxdığım o şəxs külli miqdarda pul atıb həbs etdirmək istəyirdi” - VİDEO

“Hər kəsdən uzaqlaşmışam. “İş – ev – iş” vəssalam. O qədər vurulmuşam, o qədər nankorluq görmüşəm. Bu mövzuda isə mən tək deyiləm. Bir çoxlarımız bu şeylərlə üzləşmişik. Çörəyimi yeyib itirənlər, tutdurmaq istəyənlər o qədər oldu ki... Biri var idi ki, evimə gəlib, uşağımın üstünə qaçıb - “Əmi qurban olsun sənə” deyib məni tutdurmaq istəyirdi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib. 

Sənətçi bildirib ki, evinə buraxdığı sənət camiyasında tanınan bir şəxs  ona küllü miqdarda pul atıb və dələduzluq əməllərinə görə həbs olunub:

“Sizə danışdığım bu hadisə isə 2-3 ilin söhbətidir. Özü də o hamının tanıdığı bir insandır. O şəxs sənət camiyasının içərisindəndir. O insan plan qurmuşdu ki, məni həbs etdirsin. Kimin yaxşı qazancı var idisə “mərdimazarlıq” edirdi. Misal üçün, sənin bir aylıq toylardan nə qədər qazancın var, onu öyrənib bir yolla “ilişdirmək” istəyirdi. Mən bu şəxsi bilmədən evimin içinə buraxmışdım. O şəxs bir müğənniyə prodüserlik də edib. Sonra o da görüb onun hərəkətlərini ayrılıb. Çoxlarının tanıdığı bir sənətkarın da başına oyun açıb. O sənətkar rəhmətə gedib. O işdə də onun əli vardı. Belə insanlardan uzaq olmaq lazımdır. Onu ifşa edəndə nə olacaq ki? O başıma iş açandan 3-5 ay sonra onun özünü həbs etdirdilər. Həmin Xalq artistinin fırıldaqçılıq və dələduzluq məsələsinə görə... Amma artıq o həbsdən çıxıb. Mənə küllü miqdarda pul da atıb. Bu insan fırıldaqçılıqda çox peşəkardı. Bildiyiniz əsl dələduz! Bu həyatda bizi əhatə edən hər cürə sifətdə, əməldə insanlar var. Mən ikiüzlü insan görəndə sevinirəm. Çünki bilirəm ki, onun iki üzü var. Yüz sifəti yoxdur. Vəziyyət çox pisdir. Hər kəsdən uzaqlaşmışam. Mən o şəxslə bir işə başlayanda verdiyim pulu kameraya çəkib saxlamışam özümdə. Onun haqda həbs xəbəri çıxanda belə mən onun vəkili ilə əlaqə saxladım. O mənə söylədi ki, artıq o həbsdədir”. 
 


Rəşad Əliyev,  Bizim.Media
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
50
bizim.media

10Mənbələr