AZ

Dik Durbin Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasını dəstəklədiyini açıqlayıb

Amerika senatoru Dik Durbin Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasını alqışlayıb. Bu barədə o "X" (keçmiş tvitter) səhifəsində yazıb.  
 
"Azərbaycan hökumətinin Qubad İbadoğlunu ev dustalığına keçirmək qərarını alqışlayıram, bu, onun vacib tibbi yardımı almasına imkan verəcək. Ümid edirəm ki, ona tam azadlıq və səyahət etmək azadlığı vermək üçün bu əfv genişləndirilə bilər", deyə Durbin X platformasında yazıb. 
 
Aprelin 22-də Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatəti təmin edib. 
 
İbadoğlu iyunun 23-ü Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Qubad İbadoğlu barəsində Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib. 
 
Bundan sonra Avqustun 25-də hazırda həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğluna qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb. 
 
Britaniyanın Azərbaycandakı Səfirliyi Azərbaycan hökumətini iyulun 23-də həbs olunan Azərbaycan Demokratik Partiyasının sədri Qubad İbadoğlunu dərmana və ədalətli hüquqi proses də daxil olmaqla insan hüquqlarına hörmət edilməsini təmin etməyə çağırıb. Bu çağırışa İngiltərə, Amerika, Almanya, Fransa da qoşulub. 
 
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE) də siyasətçinin həbs olunmasından narahatlığını ifadə edib. 
 
Gülnar Nazimqızı 

 



www.anews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
3
Mənbələr
Şərh ()
Bağla