AZ

ABŞ-də insanların yarısı "TikTok"un qadağan edilməsini istəyir

Amerika Konqresi sosial media tətbiqi \"TikTok” ilə bağlı kritik qərar qəbul edib.

AZXEBER.COM xəbər verir ki, ABŞ Çinin ByteDance şirkətinə məxsus sosial media platforması olan \"TikTok” üçün qanun layihəsini təsdiqləyib.

ABŞ-də aparılan yeni sorğuya görə, cəmiyyətin 50%-i \"TikTok”un qadağan edilməsinə dəstək verir, 32% isə qadağanın əleyhinədir.

Proqram Çin şirkəti tərəfindən satılmazsa, ABŞ-də qadağan olunacaq. 

Reuters-in sorğusuna əsasən, ABŞ vətəndaşlarının əksəriyyəti Çinin \"TikTok”dan ABŞ ictimai rəyini manipulyasiya etmək üçün istifadə etdiyinə inanır.

Bununla belə, sözügedən sorğu ABŞ-də \"TikTok” istifadəçilərinin əhəmiyyətli bir hissəsini təşkil edən 18 yaşdan kiçik insanların fikirlərini əks etdirmir.

Ayşən

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
50
Mənbələr
Şərh ()
Bağla