AZ

Ermənistan polisi Azərbaycanla şərti sərhəddə əməliyyat keçirib: Çox sayda saxlanılan var - VİDEO

Bu gün səhər saatlarından etibarən Ermənistanın Tavuş rayonunun Kirants kəndində etirazçılar yolu bağlayıblar.

Məlumatı Ermənistan Daxili İşlər Nazirliyi yayıb.

Hadisədən qısa müddət sonra hadisə yerinə polislər cəlb olunublar.

Aparılan əməliyyat nəticəsində 31 nəfər saxlanılaraq Tavuş Rayon Polis Bölməsinə aparılıb.

Onların hamısı Ermənistan Cinayət Məcəlləsinin 182-ci (hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmama) maddəsi ilə həbs edilib.

Qeyd olunur ki, hazırda Kirantsa bütün giriş-çıxış bağlanıb./Oxu.az


BiG.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
8
Mənbələr
Şərh ()
Bağla