AZ

Telli ƏSƏBİLƏŞDİ: “Heç kibrit çöpümü də Zülfiyyəyə etibar etmərəm” – VİDEO 

Xəbər verdiyimiz kimi, ötən gün “Rəngarəng səhər” verilişində aşıqlar Telli Borçalı və Zülfiyyə İbadova arasında qalmaqal daha da alovlanıb. 

Bizim.Media xəbər verir ki, buna səbəb bir müddət əvvəl Zülfiyyənin söylədiyi “Mən Aşıq Telli Borçalıya öz sazımı etibar etmərəm, çünki o, öz sazını dəfələrlə bizim restoranımızda unudub” sözləri olub. 

Bu cümləni verilişin aparıcısı Zaur Nəbioğlunun proqramda qonaq olan T.Borçalıya ünvanlaması və əlavə olaraq “Siz Zülfiyyəyə sazınızı etibar edərsiniz?” sualını verməsi aşığı qəzəbləndirib. Telli sözügedən məsələyə sərt şəkildə reaksiya bildirib: 
 
“Mən nəinki sazımı, heç kibrit çöpümü belə aşıq Zülfiyyəyə etibar etmərəm. Mən aşıq Zülfiyyəni harada görsəm, salam verib, salamını da alaram. Sən bir insana hörmət edirsənsə et. Bəzi insanlar var ki, üz-üzə gələndə susurlar, arxasıyca isə danışırlar. Mən belə şeyləri əsla qəbul etmirəm və sevmirəm. Məni tanıyanlar da xasiyyətimə bələddirlər. Kimsə mənə nəsə deyəndə də elə olub ki, o insanın cavabını bütün toplumun içində verirəm və dediyi sözü özünə qaytarıram”. 



Rəşad Əliyev, Bizim.Media
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
50
bizim.media

10Mənbələr