AZ

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq - VİDEO

"Avroviziya 2024"də ölkəmizi təmsil edəcək Fahree və İlkin Dövlətov artıq ikinci məşqlərini ediblər.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçılarımız "Özünlə apar" mahnısının səhnə şousundan 30 saniyəlik görüntülər ictimaiyyətə təqdim olunub.

Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, finalı isə 11 mayda olacaq.

Ölkəmiz birinci yarımfinalda Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Moldova ilə yarışacaq.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
161
7
Mənbələr
Şərh ()
Bağla