AZ

Qalmaqallı şirkət 25 min manat cərimələnə bilər

Qalmaqallı şirkət kimi tanınan “Karona LTD” MMC barəsində inzibati protokol tərtib edilib. 

Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə ittiham edilir. 

İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. 

Anar İbadzadə iş üzrə hakim təyin edilib. 

192.1-ci maddəyə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

“Karona LTD” MMC balıq satışı ilə məşğuldur. 2013-cü ildə şirkətə soyuq hisə verilmiş siyənək və farel balıqlarının istehsalı və satışı qadağan edilib.

2020-ci ildə isə şirkətdə yoxlama zamanı istehsal tarixi 08.05.2019-cu il, son istifadə tarixi 07.05.2021-ci il olan panqasius balığının etiket məlumatlarında məhsulun çəkisi 1 kiloqram, donu açıldıqdan sonra qalan çəkisi 800 qram göstərilsə də, donu açılmış məhsulun faktiki çəkisinin 495-510 qram olduğu müəyyən edilib və məhsulun satışı dərhal dayandırılıb.

Bundan başqa, şirkət bir neçə dəfə inzibati məsuliyyətə cəlb edilib. 

Hüseyn

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
11
valyuta.az

10Mənbələr