AZ

ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək

ABŞ Ukraynaya verilmiş hər bir “Bradley” markalı piyadaların döyüş maşınını (PDM) bu texnikanın yeni versiyası ilə əvəz etmək istəyir. O, aktiv müdafiə ilə təchiz olunacaq.

Bu barədə “RBK-Ukrayna” ABŞ-nin Yerüstü Döyüş Sistemləri Proqramının İcra Ofisinə (Program Executive Office Ground Combat Systems) istinadən məlumat yayıb.

Qeyd olunur ki, ABŞ ordusu Ukraynaya hədiyyə edilən hər bir “Bradley” PDM-inin qarşılığında bu texnikanın yeni versiyasının – M2A4E1-in alınması üçün maliyyə alıb.

“Bradley”nin M2A4E1 versiyası keçən həftə Men ştatında təqdim edilib.

“M2A4E1 “Iron Fist” aktiv müdafiə sisteminin inteqrasiyası sayəsində “Bradley”nin ən qabaqcıl və dayanıqlı versiyasıdır”, – məlumatda deyilir.

PDM-in bu versiyasında həmçinin təkmilləşdirilmiş atıcı nişangahı və desant üçün iqlim nəzarəti də var.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
50
Mənbələr
Şərh ()
Bağla