AZ

Almaniyada konsern rəhbərinin evi yandırıldı - FOTO

Ötən gün səhər tezdən Almaniyanın Hermannsburq şəhərində silah şirkəti “Rheinmetall”ın idarəedici direktoru Armin Pappergerə məxsus bağçada yanğın baş verib. 

 

Sfera.az bildirir ki, ətraf mühitin qayğısına qalan solçu ekstremistlər hadisəyə görə məsuliyyəti öz üzərinə götürüblər. Naməlum solçu radikallar sosial media platformasında müvafiq məktub dərc edərək, yanğına görə məsuliyyəti öz üzərinə götürüblər.

 

Məktubda aprelin 28-dən 29-na keçən gecə Armin Pappergerin bağ evinə yandırıcı qurğu quraşdırıldığı yazılıb. 

 

Həmçinin, ekstremistlər “Rheinmetall” şirkətinin Ukraynaya döyüş sursatı satmaq niyyətində olduqları və bunun üçün böyük qazanc əldə etdiklərini iddia ediblər. 

 

Məktubda da deyildiyi kimi, “Rheinmetall” şirkəti Ukraynada sursat, piyada döyüş maşınları və döyüş tankları istehsal etməyi planlaşdırır və 2024-cü ilin yayında tank təchizatı zavodu açacaq. Bundan əlavə, şirkətin 2011-ci ildə Rusiya hökuməti ilə Rusiya Silahlı Qüvvələri üçün təlim mərkəzinin tədarükü ilə bağlı müqavilə imzalamaqda ittiham edilir.

 

"Qondarma dönüş nöqtəsi nəinki nəhəng silahlanma və silah sənayesi üçün yeni rekord gəlirlər deməkdir. Bu, həm də bütün cəmiyyətin orduya və müharibəyə yönəldiyini göstərir. Göründüyü kimi, ordu və silah sənayesi ətraf mühitin ən böyük məhvidir, nəhəng resursları mənimsəyir və təbii ki, həm də istixana qazlarının ən böyük istehsalçılarıdır”- ekstremistlərin məktubunda qeyd olunur.


Almaniya dövlət təhlükəsizlik bölməsi məktubun həqiqiliyini yoxlayaraq işi araşdırmağa başlayıb.

 

Almaniya Fövqəladə hallar xidməti tez bir zamanda yanğını yerində lokallaşdıra bilib. Əməliyyat səhər saat 5 radələrində başa çatıb.

 

Aysel

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
36
sfera.az

10Mənbələr