AZ

Netanyahu: İsrail ordusu Rəfaha daxil olacaq

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

İsrailin baş naziri Benyamin Netanyahu atəşkəs və Qəzzada girovların azad edilməsi ilə bağlı HƏMAS ilə əldə olunan razılaşmadan asılı olmayaraq Qəzza zolağının cənubunda yerləşən Rəfahda hərbi əməliyyatlara başlayacağına söz verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Netanyahu girovların ailələri ilə görüşündə deyib.

"Biz bütün məqsədlərimizə çatana qədər müharibəni dayandıra bilmərik. Rəfəha daxil olacağıq və tam qələbəyə nail olmaq üçün razılaşmadan asılı olmayaraq HƏMAS batalyonlarını məhv edəcəyik", - baş nazir qeyd edib.

Netanyahu vurğulayıb ki, oktyabrda İsrailə hücum edən HƏMAS-ı tamamilə məğlub etmək üçün İsrail hərbçiləri Rəfaha girməlidir. Qəzza zolağı əhalisinin yarıdan çoxu Qəzza ilə Misir arasındakı sərhəddə, Rəfah şəhərinə sığınıb.

BMT-nin baş katibi Antonio Quterreş isə məsələ ilə bağlı deyib: "Rəfəha hərbi hücum minlərlə dinc sakini öldürəcək və yüz minlərlə insanı qaçmağa məcbur edəcək dözülməz eskalasiya olacaq. Mən İsrailə təsir edən bütün şəxsləri bunun qarşısını almaq üçün hər şeyi etməyə çağırıram".

"The Wall Street Journal"ın məlumatına görə, Rəfahda hərbi əməliyyat keçirmək üçün vətəndaşların şəhərdən təxliyəsi ən azı 10 gün çəkəcək. Rəfahdan Misirə təxliyə daha qısa vaxt aparacaq, lakin Misir Qəzza zolağından olan qaçqınları qəbul etməkdən imtina edir.

Seçilən
70
50
1

1Mənbələr

Şərh ()
Bağla