AZ

Tbilisidə etiraz aksiyaları zamanı saxlanılanların sayı açıqlanıb

Tbilisinin mərkəzində "Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı keçirilən aksiyada 63 nəfər saxlanılıb. Bu barədə Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze deyib. 
 
Məlumata görə, hüquq-mühafizə orqanlarının 6 əməkdaşı xəsarət alıb. Həmçinin etirazçılar arasında toqquşmalar yaşanıb.
 
Gürcüstanın hüquq-mühafizə orqanları Tbilisidə parlament qarşısında xarici agentlərlə bağlı qanun layihəsinə etiraz edənlərə qarşı bibər qazından istifadə etməyə başlayıblar.

Polis və xüsusi təyinatlılar etirazçıları parlament binasının arxa hissəsindən uzaqlaşdırmağa çalışır. Hüquq-mühafizə orqanlarının əməkdaşları su şırnaqlarından istifadə edirlər.
 
Nümayişçilər daha sonra parlament binasından bir neçə kilometr aralıda yerləşən Avropa meydanına doğru yürüş etməyə başlayıblar.


Aytac Zeynalova 

www.anews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
50
Mənbələr
Şərh ()
Bağla