AZ

Bakı və İrəvanla alınmadı: Rusiya Tiflisə girir - Vasadze

Gürcü politoloq Gela Vasadzenin Axar.az-a müsahibəsi:

- Gürcüstanda “Xarici agentlər haqqında” qanunun qəbulundan Qərb niyə bu qədər narahatdır?

- “Xarici agentlər haqqında” qanun etirazların birbaşa hərəkətverici qüvvəsidir, Gürcüstanın xarici siyasət kursunu dəyişə biləcək aparıcıdır. Niyə Gürcüstan xarici siyasət kursunu dəyişə bilər? Bidzina İvanişvili hakimiyyətin təşkil etdiyi mitinqdə bu barədə tamamilə açıq danışdı, çünki bu, onun hakimiyyətinə təhlükədir. Bu da seçkidə müxtəlif sürprizlərin ola biləcəyi təhlükəsini yaradır. O, QHT-ləri hakimiyyəti dəyişmək üçün alət adlandırıb. Qərb Gürcüstanda maraqlıdır. Ən mühüm nəqliyyat marşrutları Gürcüstandan keçir. Bu, Rusiyanın Gürcüstanda təsirinin artmasına səbəb ola bilər. Rusiyanın konkret planları var – Gürcüstanı Cənubi Qafqazdan kəsmək, limanlar tikmək və yüklərin bütün tranzitini özü və Gürcüstan limanları vasitəsilə, Abxaziyadan Avropaya dəmir yolunun açılması yolu ilə idarə etmək. Yəni Transxəzər nəqliyyat dəhlizində tranzitə son qoymaq. Qərbi narahat edən də budur.

- ABŞ “Xarici agentlər haqqında” qanun qəbul olunarsa, Gürcüstana qarşı sanksiyalarla hədələyib. Bu, nə dərəcədə realdır və bununla bağlı proqnozlarınız nədir?

- Sanksiyalar olduqca realdır. Amma sizə deyim ki, sanksiyalar son vasitədir. Sanksiyalar tətbiq olunarsa, bu o deməkdir ki, Rusiya artıq öz məqsədinə nail olub.

- Gürcüstan hökuməti bu qanunun qəbulunda çox israrlıdır. Hökumətin əsas məqsədləri nələrdir?

- İvanişvili bu barədə birbaşa çıxışında bildirib ki, məsələ qanunda deyil, məsələ ondadır ki, seçkidən sonra etirazların keçirilməsi variantı mövcuddur. Hakimiyyət bu etirazların seçkidən sonra deyil, indi baş verməsini istəyir. Bir daha təkrar edirəm, məsələ bu qanunda deyil, əlbəttə ki, mümkün dəyişiklikdən gedir. Azərbaycan və Ermənistanla heç nə alınmadığından, Rusiyanın Cənubi Qafqazda möhkəmlənməsi üçün Gürcüstan son şans olaraq qalır. Ona görə də indi Gürcüstanın qaytarılmasına cəhd edilir.

- Prezident Zurabişvili etirazçıları dəstəklədi. Gürcüstan hökumətində nə baş verir? Niyə bu qədər fikir ayrılığı var?

- Prezident Zurabişviliyə gəlincə, o, çoxdan hakimiyyətə müxalifətdədir, lakin onun səlahiyyətləri yoxdur. O, Britaniya kralı ilə eyni, hətta daha az səlahiyyətlərə malikdir. Amma o, çox gözəl başa düşür ki, hakimiyyətin siyasətini dəstəkləsə, böyük reputasiya itkisi ilə üzləşəcək.

- Son günlərin etirazları ciddi nəticələrə səbəb ola bilərmi?

- Etirazlar artıq ciddi nəticələrə gətirib çıxarıb. Bu, Gürcüstanın investisiya imicinə ciddi zərbədir. Transxəzər dəhlizinin istismarı üçün nəqliyyat infrastrukturunun inkişafı naminə sərmayələr qoyulası ölkə Gürcüstandır. Artıq etirazlar fonunda bu, sual altına düşüb. Sonda hər şey geosiyasətə dayanır. Bu gün Rusiyanın geosiyasi vəzifəsi Çin axınını dayandırmaq və Transxəzər dəhlizinin inkişafını məhdudlaşdırmaqdır. Onun üçün hər şeyin Rusiyadan keçməsi vacibdir.

Seçilən
121
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
402
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
270
Bu yol qovşağında təmir işləri aparılacaq
179
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
167
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
114
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
113
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
96
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
85
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
72
Bakıda 9 otaqlı evdə yanğın baş verib
72
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
68
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
63
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
57
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
55
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
53
Çingiz Mustafayevin toyudur - FOTOLAR
52
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
32
Ожидается перезапуск франшизы «Бегущий в лабиринте»
31
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
28
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
28