AZ

Azərbaycan şirkəti dünyanın 43 ölkəsinə 1,7 milyon dollarlıq xidmət ixrac edib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın aprel sayı açıqlanıb.

Marja.az xəbər verir ki, “İxrac icmalı”nda göstərilib ki, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 47 ölkəsinə 4,7 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78%-ni təşkil edib. 2024-cü ilin mart ayında isə “Azərkosmos” dünyanın 43 ölkəsinə 1,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2024-cü ilin yanvar-mart ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 1,5 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 966,8 min ABŞ dolları ilə Lüksemburq, 339,8 min ABŞ dolları ilə BƏƏ, 208,6 min ABŞ dolları ilə Pakistan və 197,4 min ABŞ dolları ilə Almaniya qərarlaşıb.

Seçilən
148
7
Mənbələr
Şərh ()
Bağla