AZ

“Azərkosmos”un xidmət ixrac etdiyi ölkələrin sayı artıb

style="font-family:PFDinTextCondpro-medium, Tahoma, sans-serif; font-weight: 500; font-color:#212121; font-size:19px;">


Bu ilin I rübündə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") 47 ölkəyə 4,7 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın aprel buraxılışında bildirilir.

Sənədə əsasən, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7 ölkə çox və 0,7 milyon ABŞ dolları (13 %) azdır.

3 ay ərzində “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 %-ni təşkil edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk 5-liyində isə 1,5 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 966,8 min ABŞ dolları ilə Lüksemburq, 339,8 min ABŞ dolları ilə BƏƏ, 208,6 min ABŞ dolları ilə Pakistan və 197,4 min ABŞ dolları ilə Almaniya qərarlaşıb.

Təkcə martda isə “Azərkosmos” 43 ölkəyə 1,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
10
Mənbələr
Şərh ()
Bağla