AZ

Erməni ekspertdən Azərbaycanla bağlı SƏRSƏM İDDİA 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Bakı ilə danışıqlar vasitəçisiz davam etdiyi halda Azərbaycan hücuma keçə bilər”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli politoloq Alen Gevondyan deyib.

Erməni ekspertin sözlərinə görə, danışıqlara vasitəçi cəlb olunarsa, vəziyyətin fərqli olacağına təminat yaradıla bilər.

Gevondyanın fikrincə, Azərbaycan tələsir və delimitasiya, demarkasiya prosesi ilə bağlı tələbləri təmin etdikdən sonra yeni tələblər irəli sürəcək, Ermənistan hakimiyyəti isə öz siyasətini davam etdirəcək.

“Növbəti tələb azərbaycanlıların Ermənistanda konkret yerlərdə konkret sayda məskunlaşması ilə bağlı olacaq. Ötən il 100 mindən çox azərbaycanlı qeydiyyatdan keçərək Ermənistanda mülkləri olduğunu bəyan edib”, - deyə erməni ekspert qeyd edib.

Musavat.com

Seçilən
139
50
1

1Mənbələr

Şərh ()
Bağla